Vidadi İsayev dövlət işçilərini qapısında qul kim işlədir - İTTİHAM VAR...
- 5-03-2025, 14:22
Redaksiyamıza olan şikayətdə də deyilir ki, "JEK"də rəis müavini olan İldırım Quliyev, Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov icra başçısının vəzir-vəkili kimi çıxış edirlər. Onlar süpürgəçilərin, xidmətçilərin gününü qaraya döndəriblər. Bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Bildirilir ki, Bərdənin fəal adamları, sosial şəbəkədə qanunsuzluq faktlarını yayanları isə susdurmaq üçün müxtəlif variantlara əl atılır. Məsələn, bəzilərinin “JEK”-də, ya da “Komfoz”da işə düzəldirlər ki, dili qısa olsun. Artıq bu vəziyyət ciddi problemə çevrilir. İşçilər narazılıq edirlər və icra başçısının bu hərəkətləri barədə ölçü götürülməsini gözləyirlər.