Bakı-Tbilisi qatarının bərpası təxirə salındı
- 11-04-2025, 17:15
Bu barədə məlumatı “Gürcüstan Dəmir Yolları” yayıb.
“Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa edilməsinə dair işlər davam etdirilir, lakin reyslərin bərpa edilməsinin dəqiq tarixi daha sonra açıqlanacaq”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin martında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl isə Gürcüstanın İqtisadiyyat Nazirliyi Bakı və Tbilisi arasında qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini açıqlamışdı.