Nəsimi rayonunda BAŞ(ÇI)SIZLIQ hər addımda hiss olunur... - BU DA FAKT!
- 14-04-2025, 11:16
Ola bilsin ki, mövcud hal Nəsimi RİH-də əyləşən bəzi işbaz məmurların işinə yarayır və onlara sərf edir ki, adları, imzaları hansısa işin arxasında, hansısa dəftərin altında olmadan rayonu bu şəkildə talan etsinlər... Onların niyyəti belə ola bilər... Amma nəzərə alınmalıdır ki, mövcud durum birbaşa olaraq vətəndaşları narahat edir. Elə aşağıda təqdime dəcəyimiz faktda olduğu kimi.
Sakinlər narahatdırlar ki, Nəsimi rayonunun küçələrində, səkilərində özfəaliyyət davam edir...
Aşağıdakı foto Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində çəkilib. Hər halda, elə bu fakt yetərlidir ki, Nəsiminin real mənzərəsi haqda təsəvvürlər yaransın.(Dia.az)
Məsələ diqqətimizdədir...