Həsənov qardaşlarının BOKT-nın külli miqdarda vergi borcu üzə çıxıb

Manşet / Sosial

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

Sözügedən BOKT-nın borcu yarım milyon manata yaxınlaşır (477703.07 AZN).

Bildirək ki, BOKT “İnternational”ın İdarə Heyətinə Həsənov Nicat Vaqif oğlu sədrlik edir.

Mediada gedən məlumatlara görə, BOKT “İnternational”-ın səhmdarlarından biri də Nicat Həsənovun qardaşı Rifat Həsənovdur.


32gun.az