Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO
- 25-04-2025, 09:41
TEREF yazır ki, bunu redaksiyamızın poçtuna şikayət məktubu göndərənGöyçay sakini Əliyev Cavid yazır. Əliyev Cavid daha sonra bu dərəbəyliyə cavabdeh olanlardan söz açaraq yazır:
İcra başçısı Natiq Ağayev məzuniyətdə olduğu üçün onu müavini Kərim Seyidov əvəz edir.Kərim Seyidov uzun müddət Göyçayda müxtəlif vəzifələrdə işləsədə bacarığı olmayan, işə yaramayan bir adamdır. Natiq Ağayev icra başçısı təyin olunandan sonra Kərim Seyidovu Şəhadət kənd icra nümayəndəsi vəzifəsindən, icra başçısının birinci müavini vəzifəsinə gətirsədə özünü doğrultmadı.
Göyçay daima öz xüsusi yaraşığı və təmizliyi ilə yaddaşlarda qalsada indi bunlardan heç bir əsər-əlamət yoxdur.
Göyçaya öz maraqlarını dövlət qanunlarından üstün tutan yaramaz kadrlar yox, işləyib can yandıran şəxslərin vəzifəyə gətirilməsi lazımdır.
Göyaçy rayonu S.Vurğun küçəsi ev 21 sakini Əliyev Cavid Nüsrət oğlu
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF