Türkiyənin Konya şəhərində sərnişin avtobusu aşıb, 13 nəfər yaralanıb
- 14-05-2025, 18:54
Antalyadan Konyaya gedən sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda polis, jandarma, tibbi yardım və yanğınsöndürmə qrupları göndərilib.
Yaralanan şəxslər təcili yardımla xəstəxanaya çatdırılıblar.