Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
- 19-05-2025, 15:19
Paytaxt Bakıda da yeni "Kaşpirovskinin" peyda olduğu barədə xəbər sürətlə yayılır. Bir vaxtlar o, "Dilbər Pudokina" ləqəbi ilə özünü tanıdıb. Əslində, Gürcüstan vətəndaşıdır və Dilbər Sadayeva ad-soyad daşıyıcısıdır. Heç bir elmə yiyələnməyib. Tibbi təhsili olmadan psixoloq kimi fəaliyyət göstərməsi isə dəhşətdir. O da Kaşpirovski sayağı "psixoloji durum," "həyatın yaxşılaşdırılması" adları altında aldadıcı seanslar keçirir. Qapısında növbədən yer də yoxdur.
Dəhşətdir vallah! Fəaliyyəti ilə bağlı lisenziyası olmayan bu xanım insanları psixoloq kimi necə müalicə edə bilər? Belə olan halda əlaqədar dövlət qurumları nədən sussunlar?! Təbii ki, bu hal yolverilməzdir.
Bununla bağlı GundemXeber.Az-ın redaksiyasına etibarlı mənbə tərəfindən ötürülən məlumatlarda bildirilir ki, Dilbər Sadayeva insanları seans adıyla qəbul edərək, hər seansa görə pasiyentlərin hər birindən 100, 159, 200 manat məbləğində pul alır. Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumatda bildirilir ki, belə bir fəaliyyətdən beş il öncə "Turagent" işində də istifadə edib və külli miqdarda pul toplayıb. Bir-neçə vətəndaşın üst-üstə 80 000 (səksən min) manat məbləğində pulunu ələ keçirib. Həmin qanunsuz işlə bağlı Bakı Şəhər Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. Dilbər Sadayevanın bu cinayət əməlinə görə araşdırma aparılıb və qanun çərçivəsində lazımi addımlar da atılıb. Amma nə olsun, o, yenə də qanunsuz əməllərini davam etdirir.
Bu istiqamətli araşdırmalarımız zamanı bizə məlum olub ki, doğrudan da, Dilbər Sadayeva başqa işlərlə məşğul olur. Elə, bu barədə onun özünün internet şəbəkəsindəki paylaşımları da deyilənlərin sübutudur. Guya, o, məhdud sayda ovsunlayıcı ətir istehsal edib. Tələsib, bu ətirdən almaq lazımdır ki, xoşbəxtliyinə qovuşa biləsən. Ən maraqlısı odur ki, guya, o, sevgi marafonu keçirməklə də, bu missiyasını davam etdirir.
Beləcə, qurama reklamları ilə istədiyini qazana bilir. Lakin bu xanım müəyyən dərəcəli ətirlər hazırlayıb, onların satışıyla məşğul olarkən də, qanun tələbələrini nəzərə almır. Yəni, bununla bərabər, bütün görülən işlərin qarşılığında əldə etdiyi külli miqdarda pul vəsaitləri müqabilində dövlətə vergi ödəməkdən yayınır. Sənədsiz-sübutsuz, qeyri-qanuni fəaliyyətini davam etdirməkdən çəkinmir. Bütün bunların sübutu olan internet paylaşımları da əlimizdədir və surətlərini dərc edirik. Baxın, özünüz də həqiqəti görün.
Yazıda sadalanan faktlarla bağlı Dilbər Sadayevanın da mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir, yazının davamı olacaq.
GundemXeber.Az