Bakı Xoreoqrafiya Akademiyasında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
- 28-05-2025, 11:12
Konsert proqramında BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti, eləcə də digər qonaqlar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Xalq çalğı alətləri ixtisasının tələbələrinin müşayiəti altında təqdim olunan Azərbaycan musiqiləri və "Qaytağı", " Rast", "Şələqoy", "Qızılgül", "Azərbaycan", "Bayram suitası", "Laçın" və s. milli rəqs kompozisiyaları tədbirə xüsusi bayram sevinci qatıb.
Bakalavr və orta ixtisas təhsili pillələrinin tələbələrinin ifasında nümayiş olunan Azərbaycan rəqsləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.