“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
- 7-06-2025, 13:25
Manşet / Yazarlar / Xususi Bölmə
“Mən, Nəcəfov Vüsal Əli oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
2024-cü ildə Kəlbəcər rayonuna qaz xətti çəkilən zaman 22 BO 849 dövlət nömrə nişanlı “Zil 131" və 99 NF 159 nömrəli “Pikab” maşınlarını müqavilə ilə şirkətə icarəyə vedik. 5 aya 34 min manat pul almalı idik. Onun 26 min manatını dava-dalaşla aldıq, 8 min manatı qaldı.
5 aydan çoxdur ki, qalan pulumzu vermirlər. Vergidən 6200 manat borc gəlib. Pulumu vermirlər ki, mən də vergi borcunu ödəyim.
Məsələ ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat verilib. Oradan bizi Kəlbəcər Polis Şöbəsinə yönləndirdilər. Şöbədə isə bildirdilər ki, mülki işdir, bizlik deyil.
Bu qədər haqsızlıqla üz-üzə qalmışam. Əslində, bu dələduzluq halı kimi qiymətləndirilməlidir".
Məsələ ilə bağlı şirkətin Əsəd adlı rəhbər şəxslərindən biri ilə əlaqə saxlamağa çalışsaq daŞ telefon zənglərimiz cavabsız qaldı.
Hurriyyet.az