AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
- 11-07-2025, 14:02
Vətəndaş şikayət edir ki, 1181-ə mesaj göndərsə də, təsdiq gecikir. Sürücü təsdiqi gözləmədən nəqliyyat vasitəsini tərk etdikdən az sonra isə ona cərimə bildirişi gəlir.
Bu problemlərin həlli nədir? Necə bu cərimədən qurtulmaq olar?
Bu sualların cavabını nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a şərh edərək bildirib ki, belə problemlə qarşılaşdıqda aidiyyəti qurumla dərhal əlaqə saxlamaq və şikayət etmək vacibdir:
“Belə hallar mütləqdir ki, cərimələnmə məsələsinə baxan həmin aidiyyəti qurumun özünə müraciət etməlidir. Bu, əslində, texniki məsələdir. Burda proqramlaşdırma və texniki məsələlər olduğu üçün birbaşa bu sahənin rəhbərliyinə müraciət etmək lazımdır ki, bu problemi aradan qaldırsınlar. Digər bir məsələ isə ondan ibarətdir ki, bu və digər formada istər şəhərdaxili, istərsə də şəhərxarici parklanmada bu amilləri nəzərə almaq lazımdır. Hər hansı bir iş prosesində şəxs cərimələnibsə, bu cərimənin mütləq formada şəxsin özü qaynar xəttə məlumat verməlidir. Bu, əslində, qanunla təsdiq olunmur, sadəcə burada prosedurlar və qaydalar elədir ki, belə problemlər yaşandığında qurumla danışmaq, müzakirə etmək lazımdır. Bundan sonra isə rəhbərlik lazımi qərarları qəbul etməlidir”.
Yenicag.az