Xırdalanda “Little Stars” uşaq bağçasına azyaşlı uşaqları əmanət etmək olarmı?-Video
- 14-07-2025, 18:06
Valideyn Məmmədova Turanə oğlunun bağçada yıxılaraq xəsarət aldığını bildirir. Valideyn iddia edir ki, uşağının qolunun sınmasını baxça işçiləri və rəhbərlik ondan gizlətməyə çalışıblar. Məhz buna görə uşağın qolunun sınmasını 2 saata yaxın ona bildirməyiblər.
Turanə Məmmədova uşağının qolunun sınmasına bağça işçilərinin və rəhbərliyinin laqeyid yanaşdığını iddia edir. Məsələ ilə bağlı araşdırma aparılır.
Xalq.online