Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
- 15-07-2025, 10:36
"Dia-az" xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov "Yeni Müsavat"da yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, illər keçdi, yaşıllıq ərazi “abadlaşdı”, amma insanlar üçün yox, sahibkar üçün. "Yaşıllıq ərazi “abadlaşıb”, park yox, restoran oldu. Yəqin ki, “parkda abadlıq işləri aparılır” deyəndə elə o vaxtdan restoranın adını - “Sherlock Park”ı nəzərdə tuturmuşlar. Amma bizim nəzərdə tutuduğumuz park, bu park deyildi...
Aydın məsələdir ki, illərdir Bakıda icra hakimiyyətlərinin, dövlət qurumlarının, sahibkarların danışdığı ən böyük yalanlardan biri budur: “Abadlıq işləri gedir. Narahatçılığa görə üzr istəyirik...”
Amma sonda baxırsan ki, üzrləri qəbahətlərindən böyükdür... Amma bu mənzərə bizləri narazı salsa da, məmurları və sahibkarları razı salır...", - deyə jurnalist bildirib.
Dia-az