Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı,bəs müavini Arifə Məmmədova haqqında hansı tədbir görüldü?
- 22-07-2025, 15:35
Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.
Bildirik ki, məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən nəqliyyat vasitələri – müvafiq olaraq 77 PV 515 və 77 YG 944 dövlət qeydiyyat nişanlı maşınlar – məktəb ərazisində qeyri-qanuni şəkildə saxlanılır və məktəbin xadimələri tərəfindən yuyulur.(Xalq)