Yaban PUB Sea Breeze-də!
- 25-07-2025, 15:57
Yeni açılan pub-restoran öz rahat atmosferi, canlı musiqisi və yüksək xidmət keyfiyyəti ilə fərqlənir. Qonaqlar üçün açıq havada masalar və besedkalar və təşkil olunub ki, bu da yay mövsümündə unudulmaz istirahət imkanı yaradır.
Yaban PUB-da təqdim olunan menyu xüsusi zövqlə hazırlanıb. Qonaqlar həm yerli, həm də beynəlxalq mətbəxin dadlı yeməklərindən, həmçinin dünyanın tanınmış markalarına aid fıçı və butulka pivələrdən zövq ala biləcəklər.
Fıçı pivə çeşidlərinə Almaniyanın Erdinger, HB München, Weihenstephan, Franziskaner, Bitburger, Benediktiner; Belçikanın Leffe, Blanche de Bruxelles, Stella Artois, Hoegaarden; Çexiyanın Pražačka və Budweiser; eləcə də Yaban-ın xüsusi resepti ilə hazırlanmış Yaban Special – açıq və tünd növləri daxildir.
Butulka pivə seçimində isə Belçikanın albalı dadlı Blanche de Bruxelles, Rusiyanın Jiquli və spirtsiz Baltika, HB München, Blanche Rose, Hoegaarden, Stella Artois, Almaniyanın Weihenstephan və Erdinger (spirtsiz), Türkiyənin Efes (fıçı və spirtsiz), Miller, eləcə də Meksikanın məşhur Corona markaları yer alır.
2008-ci ildə Nərimanov rayonunda ilk restoranı ilə fəaliyyətə başlayan Yaban brendi, illər ərzində qonaqların rəğbətini qazanaraq Bakının müxtəlif bölgələrində – Bakı Bulvarında Dövlət Bayrağı Meydanında, Su İdman Sarayı yaxınlığında, Xətai, Yasamal və Nərimanov rayonlarında öz mövqeyini möhkəmləndirib.
Bu gün Yaban PUB təkcə pub deyil – bu, dincəlmək, dadlı yeməklərin və keyfiyyətli pivənin ləzzətini çıxarmaq, dostlarla unudulmaz vaxt keçirmək üçün ideal məkandır.
Yeni filial 27 iyul tarixindən etibarən Sea Breeze kompleksində fəaliyyətə başlayır. Bayram və istirahət günlərində səhər yeməkləri saat 10:00-dan 13:00-a qədər təqdim olunur.
Yaban PUB – dadın, keyfiyyətin və istirahətin ünvanı!
Əlavə məlumatlar üçün aşağıdakı nömrələrə müraciət edə bilərsiniz
+994993950233, +994103950233