“Cənnət”, “Manqalüstü”, “Ovqat”, “Hicaz” sosis və kolbasa almayın
- 28-08-2025, 09:41
Sabiq deputat məşhur kolbasa və sosislərin marka adlarını çəkərək tənqid edib.
“Sosiska, kolbasa düzəldə bilmirlər. Sosiskanı suya atırsan, qaynama anında yarı bölünür və şişir. Ancaq ad seçməkdə yaman zirəkdirlər: “Cənnət”, “Manqalüstü”, “Ovqat”, “Hicaz”, “Halal” və s.
Yaxşı sosiska düzəldin, donuz əti də qatın, lap istəyirsiniz adını “Cəhənnəm” də qoyun, ancaq insanların dadbilmə hissiyatını korşaltmayın”.(Xalq.online)