Məlhəm Hospitalda pozuntu aşkarlandı
Manşet / Xususi Bölmə
2-09-2025, 09:41

Məlhəm Hospitalda pozuntu aşkarlandı

Məlhəm Beynəlxalq Hospitalı maliyyə sanksiyası ilə üzləşib.

Hospitalda həyata keçirilən operativ vergi nəzarəti üzrə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olun-olunmaması yoxlanılıb.

Sonda tərtib edilən akta əsasən hospitala 1 128,10 manat maliyyə sanksiyası tətbiq olunub.
Məlhəm Beynəlxalaq Hospitalı vergi sitemində “Məlhəm Beynəlxalq Hospitalı” MMC kimi qeydiyyatdadır. MMC 13 aprel 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 51 484 225 manatdır. MMC-nun qanuni təmsilçisi Əlizadə Fuad Qədim oğludur.

Qaynarinfo.az
Son xəbərlər