Ekologiyanı pulla çirkləndirənlər-ETSN-də rüşvət qalmaqalı
- 6-09-2025, 11:36
Manşet / Sosial / Xususi Bölmə
Məhs, elə bundan sonra ata oğul arasında, o cümlədən işçi müdir arasında problemlər yaşanmağa başlanılıb. Mirəliyev Adil Xəqani İsmayılovdan ona oğlunu işə düzəltmək üçün verdiyi otuz min manatı geri qaytarmağı və Famili ışdən şıxartmağı təkidlə tələb edir. Və həmən vaxt Ekologiya və Təbii Sərvətlər Naziri olmuş Muxtar Babayevə rəsmi ərizə ilə müraciət etmişdir.Müraciətdən dərhal sonra vəziyyətin heç də ürəkaçan olmadığını görən Xəqani İsmayılov, Mirəliyev Famili məzuniyyətdən geri çağıraraq öz ərizəsi ilə işdən azad etdirib, özü isə onun atasından aldığı puldan on min manatını gecə ilə apararaq Cəlilabad rayonunda yaşayan Mirəliyev Adilin yaxın qohumuna qaytarıb və qalan iyirmi min manatı da yaxın müddətdə geri qaytaracağına söz verib.
Bundan sonrakı proseslər necə cərəyan etdi?
X. İsmayılov Familin atasından aldığı pulun hamısını niyə bu günə kimi qaytarmır və Mirəliyev Adili necə aldatdi?
Ekalogiya Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin Ziya adlı əməkdaşı bu məsələləri araşdırarkən Cəlilabad rayonunda hansı hallarla qarşılaşdı?
Ziya müəllim Adil Mirəliyevin qohumu ilə telefon danışığı zamanı, Xəqani İsmayılovdan Adil Mirəliyevə çatacaq puldan on min manatı qaytarmasının təsdiqini aldıqdan sonra,onu sənədləşdirməkdən niyə vaz keçdi?
Xəqani İsmayılova bu qurumda himayədarlıq edan hansı departament rəhbəridir?
Onları bir-birinə bağlayan əsl səbəb nədir?
İşlədiyi az bir müddətdə Xəqani İsmayılovu belə yenilməz edən səbəblər hansılardır?
Korrupsiyaya bulaşmış bu təşkilatda dövlət vəsaiti necə talanır?
Bu və digər maraqlı hadisələr barəsində növbəti sayımızda
Bizi izləyin.
P.S. Qarşı tərəfin cavab haqqını tanıyırıq
Qiyas Həsənov