Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar-Fotofakt
- 6-09-2025, 16:36
Şikayətçi qeyd edir ki, onlar menyudan 1 ədəd, 4 AZN dəyərində “Natura” şirəsi sifariş ediblər. Lakin hesab təqdim olunduqda, şirə üçün 4 ədəd vurulduğu aşkar edilib. Məsələ ofisiantla müzakirə edilən zaman isə, ona “stəkan başına 4 AZN hesablandığı” bildirilib.
Müştərinin iddiasına görə, sifariş zamanı bu barədə heç bir məlumat verilməyib və menyuda da bu barədə xüsusi qeydə rast gəlinməyib.
Ümid edirik müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.Patrul.az