Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
- 8-09-2025, 13:10
Xidmət Zəngilan rayonu, Ağalı kəndində yerləşən hotelin tam təchizatlı təmir və tamamlama işlərinin ikinci mərhələsi (qaz təchizatı, işıqlandırma, abadlıq, yaşıllaşdırma) üzrə işlərinin satın alınmasına görə “Crystal İnşaat” ASC-yə 6 milyon 50 min 15 qəpik ödəyəcək.
Qüyd edək ki, nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğludur.
Məlumat üçün bildirək ki, ötən ilin mart ayında Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınmasına görə “Crystal İnşaat” ASC-yə 14 milyon 192 min 628 manat 20 qəpik ödəyib.
Onu da qeyd edək ki, 2022-ci ildə mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, Zəngilan rayonunun Ağalı kəndində tikilən otelin tikintisi tezliklə yekunlaşacaq.
Bildirilib ki, otel zirzəmisi ilə birlikdə 4 mərtəbə olacaq və 2022-ci ildə otelin sonuncu mərtəbəsinin tikildiyi qeyd olunub. O zaman bildirilib ki, yaxın bir neçə ay ərzində otelin tikintisi tam şəkildə başa çatdırılacaq. Lakin, sonradan otelin tikintisinin hansı səbəbdən yarımçıq qaldığı barədə məlumat verilməyib. Otelin rəsmi açılışı isə 2024-cü ilin mayın 18-də baş tutub.
"Dia-az" bildirir ki, indi burada iki şübhəli məqam var: ya otelin AÇILIŞINI edənlər dövlət rəhbərliyini aldadıb, ya da yenə də dövlət rəhbərliyini aldadıblar...
Bu isə konkret yeyinti faktının təzahürü olduğundan gərəkən qurumlar üçün araşdırma mövzusudur...
Dia-az