“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO
- 13-09-2025, 12:03
Sosial şəbəkələrdə geniş yayılan şikayətə görə, yumurtanı alan şəxs onu bişirdikdən sonra yarıya böldükdə iç hissəsinin yaşıl rəngdə olduğunu və xoşagəlməz qoxu verdiyini bildirib.
Bu vəziyyət yumurtanın xarab olduğunu və istehlak üçün yararsız hala gəldiyini göstərir.
Şikayət edilən məhsulun rəsmiləri tərəfindən açıqlama verilməyib.
Qeyd edək ki, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi istehlakçı hüquqları baxımından son dərəcə vacibdir. Bu cür hadisələr ölkədə qida təhlükəsizliyi ilə bağlı suallar doğurur.
Xatırladaq ki, "AL Market" mağazalar şəbəkəsinin rəhbəri Mühəmməd Zülfü Özçelikdir. O, bu vəzifəyə 2025-ci ilin fevral ayının sonunda təyin edilib.(32gun.az)