Əli Kərimlinin "ədalət tərəzisi"-Cəbhədə qarpız-yemiş qalmaqalı...
- 16-09-2025, 10:51
Manşet / Sosial / Xususi Bölmə
gəlirlər, Nəbi də onlara məsləhət görür ki, öküzlərinizi də, əkin yerlərinizi də birləşdirin, əkəndə
də, yeyəndə də ortaq qardaş olun.
Yəni yüz il bundan qabağın Nəbisi ən azından barışıq
yaratmağın yolunu tapmış, hətta kollektiv təsərrüfat modeli təklif edə bilmişdi. Təxminən oxşar
bir olayı indi də Kərimli yaşamaqdadır. Deməli, günümüzün iki cütçüsü, həm də AXCP üzvləri
olan Anar Ərkivan və Rauf Məmmədov əkin-biçin davasına çıxmalı olublar. Bu iki nəfər arasında
narazılıq isə ondan yaranıb ki, biri torpaq sahibi (Rauf Məmmədov), digəri isə "investor" (Anar
Ərkivan) qismində torpağı birlikdə əkib, birlikdə gəlir götürmək qərarına gəliblər və məhsul
(qarpız-yemiş) yığılıb satıldıqdan sonra məlum olub ki, məhsulun satışını öz öhdəsinə götürən
"investor Anar" satışdan sonra torpaq sahibi Raufa çatacaq pulu mənimsəyib. Torpağın yiyəsi
Rauf Məmmədov da çar-naçar üz tutub Saatlı polis idarəsinə, Anar Ərkivandan şikayət etməyə.
Edib də. Məsələnin bu həddə çatacağını ağlına gətirməyən Anar Ərkivan da uğrunda maşın
sürmədiyi yer qalmayan Əli Kərimliyə ağız açmalı olub ki, bəs a bəy, əl məndən ətək səndən,
qurtar məni bu rüsvayçılıqdan. Atəş olsa cimri (həcmi) qədər yer yandıracaq olan Kərimli də
əlindəki vacibdən vacib jurnalist-bloger işlərini kənara qoyub, başlayıb yeni nəsil 4×4 motorlu
cəbhəçi-investorun xilası ilə məşğul olmağa. Bax burda gəlib çatırıq zurnanın zırt dediyi yerə.
Cəbhəçilərin onlara sırınmış "yel qayadan nə aparar?" tezisindəki qaya obrazını canlandıran
Kərimli dühası nə hikmətdirsə, məsələnin həlli yolunu zərərçəkmiş Rauf Məmmədova dəymiş
ziyanın ödənilməsində yox, əksinə, Rauf Məmmədova ayıbdan-zaddan, partiya yoldaşlığndan,
əqidəşlığından, sirdaşlığından filandan dərs keçməkdə və onu şikayət ərizəsini geri götürməyə
məcbur etməkdə görüb. Aldadılmış və şikayətçi tərəf olan Rauf isə haqlı olaraq bunun
qarşılığında ona dəymiş zərərin ödənilməsini tələb edib. Beləliklə də, həm komsomol keçmişi ilə
məşhuri-cahan olan, həm də sekta idarə edirmiş kimi partiya idarə edən, son aylarda isə
siyasətçilikdən siyasi analitikliyə keçid edən və dünyanın Tayvandan belə dörd bir yanında çap
olunan (oxunan yox) divar qəzetlərində köşə yazarlığı ilə məşğul olan Kərimli dühası doğrudüzgün bir çıxış yolu tapıb ədalətli qərar verə bilməyib ki bilməyib. Əslində bu o qədər asan iş də
deyil. Çünki adamcığaz elə etməlidir ki, nə reqaliya ilə şərəfləndirib təşkilat işlərini yüklədiyi Anar
Ərkivan və onun cənublu çevrəsi incisin, nə də bir tikə əkin sahəsinə ümid olub yaşam planları
quran sıravi cəbhəçi Rauf Məmmədov. Kərimlini çətinliyə salan bir məqam da odur ki, əslində
haqlı tərəf olan Rauf Məmmədov Saatlı sakinidir, yəni Kərimlinin bütün qüsurlarına rəğmən
yerlidir deyə ona ən çox qahmar çıxan və Kərimlinin də doğulduğu rayonun sakinidir. İndi
adamcığaz başını itirib, bilmir nə qərar versin, necə qərar versin ki, nə şiş yansın, nə kabab.
Məsləhət vermək kimi çıxmasın, məncə elə bildiyin yoldan get, yoldaş Kərimli. İntriqanı bir az
da böyüt, iki cəbhəçidən birini hakimiyyətə satılmaqda ittiham edib cəbhəçilərə linç elətdir, o
birini də qarpız-yemiş məhbusu adıyla həbsə göndər, sonra da adını qoy siyasi məhbus, təzə
siyahıya əlavə elə, göndər Qənimətgilin yallandığı tərəflərə.
İndi özünüz baxıb qiymət verin ki, kimlər özünü sifarişlə mətbuata “ana müxalifət lideri”
kimi təqdim edir, adının ali rəhbərliklə bir sırada hallanmasına çalışır, lakin unutduğu məqam
odur ki ölkə başçısı Azərbaycanın 200 illik tarixində olmayan möcüzələr yaradır, işğalda olan
torpaqları geri qaytarır, Əli Kərimlinin status yazaraq, bloqerlik edərək diqqətini çəkməyə
çalışdığı ABŞ Prezidenti Tramp və dünyanın güc mərkəzləri onu böyük sayğı ilə qəbul edir,
bölgənin inkişaf perspektivlərini müzakirəyə çıxarırlar, Ermənistana öz torpağından dəhliz
açmağı diktə edir, lakin Əli Kərimli isə xəyallara gedir, Qaçaq Nəbilik eşqinə düşür, sonunda
Saatlı rayonunda qarpız-yemiş davası aparır.