Nazir oğluna məxsus “məktəbli avtobuslar”ındakı qiymətlər narazılıq yaradıb
- 3-10-2025, 09:35
Sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlarda valideynlərin aylıq abunə haqqından narazılıq etdiyi görülür.
Qeyd edək ki, pilot mərhələdə layihə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir. Şagirdlərin daşınması üçün nəzrdə tutulan aylıq abunə haqqı məsafədən və gedişdən asılı olaraq 80-240 manat arasında dəyişir. Məsələn, bir şagirdi 5-10 km uzaqlıqda yerləşən məktəbə bir ay aparıb-gətirmək üçün valideyndən 180 manat ödəniş alınır. Bu isə o deməkdir ki, 5 günlük iş həftəsi olan məktəblərdə oxuyan şagirdlər üçün gündəlik yol pulu 8,2 manat (180/22 gün) təşkil edəcək. Müqayisə üçün bildirək ki, bu qiymət paytaxt ərazisində fəaliyyət göstərən taksi xidmətlərinin qiymətinə bərabərdir. Belə ki, əksər taksi xidmətlərində 1 km. məsafə üçün gediş haqqı təxminən 70-80 qəpik arasında dəyişir.
Məlumat üçün bildirək ki, “2school” SABAH.HUB İnnovasiya Mərkəzinin “SABAH studio” layihəsinə bağlı startapdır. SABAH.HUB İnnovasiya Mərkəzinin rəhbəri xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.Yeniavaz.com