“Yaşıllaşdırma Təsərrüfatı Birliyi”nin rəhbəri növbəti “ağac soyqırımı” ilə gündəmdə-Videofakt
- 6-10-2025, 15:15
Manşet / Video / Xususi Bölmə
Belə ki, Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birlyinin əməkdaşlarının köməyi və müşayəti ilə 20 ədəd iri gövdəli eldar şamı kəsilərək ərazidən uzaqlaşdırılıb. Məlumata görə həmin ağaclar adının açıqlanmadığı tikinti maqnatının sifarişi əsasında kəsilib və tikinti aparılması üçün ərazi yaşıllıqlardan təmizlənir.
ETSN 11 saylı ekologiya və tğbii sərvətlər idarəsi isə məlum hadisəyə göz yumub.
Sakinlərin sözlərinə görə, sağlam və çoxillik ağaclar “abadlıq işləri” bəhanəsi ilə kökündən kəsilib. Bu hal şəhərin ekoloji balansına, mikroiqliminə və vətəndaşların sağlam mühitdə yaşamaq hüququna zərbə vurur.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyindən münasibət öyrənmək mümkün olmadı.(Xalq.online)
Qurumların mövqeyini dərc etməyə hazırıq.
VİDEO LİNKDƏ: https://xalq.online/yasillasdirma-teserrufati-birliyi-nin-rehberi-novbeti-agac-soyqirimi-ile-gundemde-videofakt