Nizami rayonunda AĞACI DİVARA HÖRDÜLƏR... - DƏLİXANADIR, VALLAH...
- 13-10-2025, 13:23
Manşet / Sosial / Xususi Bölmə
Bu foto Nizami rayonunda İmadəddin Nəsimi küçəsi 37 ünvanında müşahidə olunan mənzərəni əks etdirir. Bəli, gözləriniz sizi aldatmır.
Gözü doymayan icra başçısı Coşqun Cəbrayılov yəqin ki, bu tikiliyə icazə verəndə tapşırıb ki, ağacı kəsməsinlər.
Sağ olsun obyekt sahibləri... Başçını eşidiblər. Nə ağaca deyiblər, nə də tikinti planlarından keçiblər. Ağacı birbaşa divara hörüblər.
Yəqin ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova güvənən Nizami RİH şefi üçün bu fakt əhəmiyyətli deyil. Amma bu ölkədə yaşıllıqdan sorumlu qurumlar da var axı...(Dia-az)
Məsələ diqqətimizdədir...