“Tut” restoranında müştərilər “zəhərl*nə” bilər…
- 4-11-2025, 14:36
Baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan “paytaxt” salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb.
Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.(Xalq.online)