Yasamal icra hakimiyyətinin baş mühasibi milyonluq obyekti necə tikdirib? - SƏNƏD
- 5-11-2025, 16:01
İcra Hakimiyyətinin baş mühasibi A.Qəribovanın obyekti Yasamal rayonunun Arif Mehdiyev küçəsində yerləşir.
Aygün Qəribovanın Arif Mehdiyev 119 ünvanında olan obyektinin ümumi sahəsi 500 kvadrat metrə yaxındır.
Obyektin real bazar dəyərinin 2 milyon manat civarında olduğu bildirilir.
Qeyd edək ki, Aygün Qəribova 2017-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunub.(AzFakt.com )