Sevinc Orucova Heydər Əliyev adına liseydə hələ də istədiyi kimi davranmağa davam edirmi?
- 28-11-2025, 08:38
Manşet / Yazarlar / Xususi Bölmə
Dillər əzbəri olan başqa bir iddia isə Sevinc Orucovanın yaxın qohumlarından birinin uzun müddət Ramiz Mehdiyevin evində işləməsi ilə bağlıdır. Bu səbəbdən ictimaiyyət arasında belə bir fikir formalaşıb ki, ailənin müxtəlif sahələrdə təsir imkanları məhz Ramiz Mehdiyev dövrünün köhnə kadr-sisteminə söykənib və həmin illərdə istədikləri kimi hərəkət etmək gücünə malik olublar.
Müzakirələrdə deyilir ki, Sevinc Orucova haqqında illər əvvəl irəli sürülən qanunsuzluq iddiaları ilə bağlı valideynlər və müəllimlər dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, nəticə əldə olunmayıb. Çoxları bunu həmin dövrdə Ramiz Mehdiyev xəttinin güclü təsiri ilə əlaqələndirirdi – “onun qılıncını kəsən yox idi” – deyə cəmiyyətdə ifadə olunurdu.
Bu gün isə hamının ağlında tək bir sual var:
Görəsən bu qədər hadisədən, bu qədər iddialardan sonra Sevinc Orucova Heydər Əliyev adına liseydə hələ də istədiyi kimi davranmağa davam edirmi? Və ən əsası – qanunsuzluq, korrupsiya və zorakılıqla bağlı səslənən iddialar hələ də təkrarlanırmı, yoxsa nəhayət, buna son qoyulub?
Sakit Muradov
TEREF