Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ
- 30-11-2025, 14:00
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.