Heç kimə gizli deyil ki, bu gün xüsusilə regional təhsil idarələrinə daha çox “Təlimçilər” gətirilir. Bu məsələnin haradan qaynaqlandığı da bütün təhsil işçilərinə gün kimi aydındır. Elm və Təhsil naziri cənab Emin Əmrullayev özünün təlimçilərinə daha çox inandığına görə, necə deyərlər öz komandasını formalaşdırıb. Bu qəbulediləndir, ona görə ki, bütün vəzifəlilər öz komandasını necə istəyirsə elə də formalaşdırır. Yaxşı bəs rayon sektor müdirlərinə, məktəb direktorlarına nə deyirsiniz? Qəribə burasındadır ki, Şəki-Zaqatala Regional Təhsil idarəsi “Təlimçi” olmayan məktəb direktorlarına sinfi düşmən kimi baxırlar, öz dostlarına isə bütün qanunsuzluqlar üçün qapıları taybatay açıblar. Məsələn:- Balakən şəhər İki saylı tam orta məktəbinə direktor təyin olunmuş Vəfa
Emçiyevanın təyinatı çox şübhəli məqamları özündə əks etdirir. Belə ki, aşağıdakı şəkillərdə regional təhsil idarəsinin özü tərəfindən cədvəl hazırlanıb və həmin cədvəlin şəkillərinə diqqət yetirən zaman açıq görmək olar ki, Vəfa Eçiyevanın direktor kimi fəaliyyəti çox aşağı səviyyədədir. Balakən rayon Qullar kənd 1 saylı tam orta məktəbin direktoru olan Vəfa Emçiyevanın təhsil verdiyi şagirdlərin 61 % iki qiymət, yəni qeyri kafi qiymət alıb. O tək deyil, rayonun ondan aşağı, daha zəif nəticə göstərən məktəbləri də vardır. Nədənsə Şəki-Zaqatala Regional Təhsil idarəsi belə direktorların hər birini çağırıb izahatını alıb. Bəzilərini töhmət verməklə cəzalandırıb. Ancaq hansısa sehirli əllər nəinki Vəfa Emçıyevanı izahat verməkdən vəyaxud töhmət verilməkdən azad edib, hətta onu şəhərin ən çox şagirdi olan məktəblərdən birinə, Balakən şəhər 2 saylı tam orta məktəbinə direktor təyin edib. Şagirdləri zəif nəticə göstərən digər məktəb direktorlarının isə nə uzun müddət iş təcrübəsi, nə onların Dövlət qarşısındakı ictimai-siyasi xidmətləri nəzərə alınmayaraq həm izahatları alınıb, həm də töhmət verilib, hansı ki, Vəfa Emçiyevanın rəhbərlik etdiyi məktəbin göstəriciləri daha bərbaddır. Yaxşı sual olunur Vəfa Emçiyeva təlimçidir deyə ona qanunlarınız işləmir? Bu gün təhsil sahəsində çalışanların demək olar hamısı bilir ki, 500 + şagirdi olan məktəb direktorları dərs deyə bilmirlər. Bu adi direktorlara aiddir, təlimçilərə belə bir göstəriş verilməyib. Əgər olsaydı digərlərinə qadağa olunan bu göstəriş Vəfa xanımın dərs deməsinə mane olardı. Vəfa xanım çox rahat biznesini də məktəbdə təşkil edir, məsələn; Məktəbdə direktor və müəllimlər çox rahatca repetitorlar məşğul olurlar. Bu gün demək olar ki, bölgədə heç bir məktəb belə özbaşınalıq etmir, hamı bilir ki, məktəbdə repetitorluqla məşğul olmaq olmaz. Təkcə təlimçi Vəfa Emçiyeva belə sərbəst hərəkət edir.! Vəfa xanım rəhbərliyə başladığı qıssa müddətdə bütün bayramlarda qəbul etdiyi gül və digər hədiyyələrini votsap statuslarında paylaşmaqdan belə çəkinmir. (hüquq mühafizə orqanları istədiyi vaxtı bu statusları üzə çıxara bilər.) Bəs onda Elm və Təhsil naziri cənab Emin Əmrullayev hədiyyə almağı, gül vəs. almağı təhsil işçilərinə, xüsusən direktorlara niyə qadağan edirdi? Bu qadağalar Vəfa Emçiyevaya aid deyil? Bəlkə onun arxasında Balakən rayon sektor müdiri “Təlimçi” Mehparə xanım dayanır? Bu xanımın qıssa müddətdə direktorluğa başlaması və ancaq qanunsuzluqlar etməklə gündəmdə olması və heç kimdən qorxmaması hamıda şübhə yaradır. Bu direktora dəstək verən kimin əlidir? Baxmayaraq ki, Vəfa Emçiyeva Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri “Təlimçi” olmuş Günay Mahmudovaya çox arxayındır, ancaq onun əlinin olması inandırıcı deyildir. Günay xanım qanunsuzluqlar edən direktora heç vaxt dəstək verə bilməz. Bəs onda görəsən bu kimin əlidir?, DTX-nın həbs etdiyi Balakən rayon icra hakimiyyətinin keçmiş başcısı İslam Rzayevin?, Elm və Təhsil Naziri Emin Əmrullayevinəlidir? Bəlkə Balakən təhsil sektorunun müdiri, Vəfa xanımla birgə təlimçi olmuş Mehparə xanımın? Nə çətin sual oldu?
--- Deməli cənab nazirin nəzərinə çatdırırıq ki, Balakən təhsil sektoru həmin aşağı nəticəsi olan digər məktəblərin bir neçəsinin direktoruna töhmət versədə, həmin vaxtlar Vəfa Emçiyevanı rotasiya edərək ən böyük məktəbə direktor təyin edib. Təkcə E. və T. N. deyil, bəlkə hüquq-mühafizə orqanları da bu qanunsuzluqlarla bağlı araşdırma aparsaydı şəffaflıq ortaya çıxardı. Ona görə ki, bu hallarda səbəbi tapmaq üçün çox ciddi araşdırma aparılmalıdır. Balakən təhsil işçilərinə də qaranlıq qalan səbəb nədir, pul-rüşvət? , Təlimçi olmaq toxunuzmaqlığı?bəs nədir? Utanc gətirən hallardan biri də təlimçi olmayan məktəb direktoruna qarşı edilib. Belə ki, məktəbin direktoruna töhmət verilib, ancaq dərs hissə müdirinə isə tərifnamə verilib. Dərs hissə müdiri tədrisin keyfiyyətinə cavab verəcək şəxs deyil?. Sözün hər mənasında bu işdən rüşvət qoxusu gəlir. Necə olur ki, 61% qeyri kafi qiymətlərlə irəlidə olan məktəb direktoru haqqında heç bir ölçü götürülmür, ancaq faiz baxımından ondan aşağı olan məktəbin direktorlarına töhmət verilir? Kim buna bir açıqlama verə bilər?
Atalarda belə bir məsəl var:- arxalı köpək qurd basar. Heç kim unutmasın ki, haqq nazilər ancaq üzülməz. Balakən RİH-nin keçmiş başçısı da, qanunlara məhəl qoymayaraq rüşvət alırdı, sonunda DTX əməliyyat keçirdərək həbs olundu.
Təlimçilərə hər yerdə yaşıl işıq yandıranlar, əgər Vəfa Emçiyevanı belə çox istəyirsinizsə aparın daha böyük vəzifələrə, təhsil nazirliyinə, buradakı digər direktorları əzməyin! Sonda ümid edirik ki, hüquq-mühafizə orqanları bu sadalanan məsələlərlə bağlı ciddi araşdırma aparacaqlar, faktlar göz qabağındadır. Ümumiyyətlə Vəfa Emçiyevanın hansı yollarla direktor olması vəyaxudda DTX-nın həbs etdiyi icra hakimiyyəti başcısı İslam Rzayevlə korrupsiya əməlinin olub-olmamasını araşdırmaq tam yerinə düşərdi.
Stimulxəbər.Balakən bürosu.