“Olympus” MTK-nın sakinləri şikayətçidir: Həyətdə qızınmaq üçün tonqal qaladılar-Video
- 10-12-2025, 17:29
Manşet / Video / Xususi Bölmə
Şikayətçilərin sözlərinə görə, istifadəyə 3 il əvvəl verilməli olan bina hələ də tam şəkildə onlara təhvil verilməyib.
Sakinlərdən biri vəziyyəti belə təsvir edib:
“Binanın həyəti bərbad vəziyyətdədir. Qaz, işıq yoxdur”.
Başqa bir vətəndaş isə soyuqdan əziyyət çəkdiklərini deyib:
“Elə soyuq olur ki, uşaqları iki yorğanla yatırırıq”.
Sözügedən MTK-nın direktor müavini Ceyhun Bədəlov şikayətlərə belə cavab verib:
“Elektrik xətləri bu həftə ərzində düzəldiləcək. Dekabrın 15-nə kimi isə qaz veriləcək”.