Sandora” meyvə şirəsindən kif çıxıb.
- 11-12-2025, 09:34
Şikayətçi bildirir ki, məhsulun istifadə müddəti hələ bitməsə də, içərisində görünən qatışıqlar ciddi qida təhlükəsizliyi şübhələri yaradır. Hadisə ilə bağlı istehlakçı məhsulun qablaşdırılmasını və daxilindəki maddəni sənədləşdirərək aidiyyəti qurumlara müraciət etməyə hazırlaşdığını deyir.
İstehlakçılar hesab edir ki, tanınmış bir brendin məhsulunda belə halın baş verməsi həm saxlanma şəraiti, həm də istehsal prosesinə nəzarətin səviyyəsi ilə bağlı suallar doğurur.
Qarşı tərəfin mövqəyini dərc etməyə hazırıq.Patrulaz.az
VİDEO LİNKDƏ: https://xalq.online/sandora-meyve-siresinden-kif-cixib