Teleqramın Rusiyada nə vaxt bloklanacağı açıqlandı
- 23-12-2025, 18:26
Bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski “Vedomosti” nəşrinə müsahibəsində danışıb.
Deputatın sözlərinə görə, bütün əhəmiyyətli kanallar milli messencer olan “Maks” platformasına köçürülənə qədər teleqramın bloklanması qeyri-mümkündür:
“Tamhüquqlu alternativ olmadan bloklama olmayacaq. Teleqrama girişin kəskin məhdudlaşdırılması həm auditoriyanın, həm də kontent yaradıcılarının maraqlarına zərbə vura bilər”.