Ukrayna ordusu Rusiya ərazisinə PUA-larla hücum edib, ölən və yaralananlar var

Manşet / Dünya


Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə PUA-larla hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov sosial şəbəkələrdə bildirib.

"Volokonovsk dairəsindəki Qruşevka - Pyatnitskoe yolunun bir hissəsində avtomobilə FPV-dronun zərbəsi nəticəsində qadın həlak olub. Maşında olan kişini "Orlan" döyüşçüləri Volokonovsk Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar", - deyə o qeyd edib.