Sakinlərdən yığılan pullar hara xərclənir? “Uğur Yaşam” MMC-dən şikayət-Video
- 9-01-2026, 14:27
Manşet / Video / Xususi Bölmə
Vətəndaşların iddialarına görə, ödədikləri kommunal xidmət pullarının hara xərcləndiyi barədə onlara heç bir məlumat verilmir.
Sakinlərdən biri bildirib ki, hər ay onlardan 25-30 min manat aralığında vəsait yığılmasına baxmayaraq, kompleksdə xidmət səviyyəsi qənaətbəxş deyil: “Kommunal ödənişləri yığırlar, amma əraziyə baxılmır. Liftlər bərbad vəziyyətdədir. Qarajın qiyməti də artırılıb”.
Digər vətəndaş isə üçüncü binada liftin, ümumiyyətlə, olmadığını söyləyib: “Belə vəziyyətdən bezmişəm, bunların əlindən infarkt keçirmişəm”.
Məsələ ilə bağlı binanın komendantı Anar Məmmədov qeyd edib ki, yığılan vəsaitin hesabatı vətəndaşlara təqdim olunmalı deyil: “Toplanan pulların hesabatını bu kompleksi mənə həvalə edən şirkətə təqdim edirəm. Sakinlərə bu barədə məlumat vermək borcum yoxdur”
Xalq.online