Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı-Fotolar
- 22-01-2026, 16:26
Şikayətçilərin sözlərinə görə, hazırda sabiq nazirin oğlundan 20 şəxsin alacağı var və ümumi borc məbləği təxminən 119 min 500 manat təşkil edir. Onlar iddia edirlər ki, Roman Əbiyev obyektə tez-tez gəlsə də, onunla birbaşa görüşmək mümkün olmur. Bildirilir ki, danışıqlar əsasən restoranın meneceri Aynurə Seyidova adlı şəxs vasitəsilə aparılıb. O da əvvəlcə vaxt istəyib, sonradan isə borcun ödənliməsindən imtina edib.
Məsələ ilə bağlı Aynurə Seyidova Bakupost.az-a açıqlamasında bildirib ki, qeyd olunan borc yeni məsələ deyil və ödənişlərin gecikməsi restoranın fəaliyyətinin ciddi şəkildə zəifləməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, yaranmış vəziyyətdən Roman Əbiyevin də məlumatı var:
“Bu, çoxdanın məsələsidir. Təəssüf ki, hazırda borcu ödəməyə imkan yoxdur. Restoranın işi xeyli zəifləyib. Məncə bizim rəhbərliyin də pulu yoxdu ki, borcları ödəsin və bizi bu bəladan qurtarsın”.(Bakupost.az)