Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi - BUNDAN SONRA...

Manşet / Xususi Bölmə

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun əmisi oğlu Həsən Cəfərova yeni vəzifə verilib.

Pravda.az-ın xəbərinə görə, H.Cəfərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri təyin olunub.

AHİK sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

H.Cəfərov bundan əvvəl Konfederasiyanın Aparat rəhbəri vəzifəsində çalışıb.