Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
- 11-02-2026, 13:01
Xezerxeber.az xəbər verir ki, söhbət Salyan rayonunun Qızılağac kəndində Akkuşa çayı üzərindən keçən, ötən əsrin ortalarından istismara verilən körpüdən gedir. Sakinlərin bildirdiyinə görə, körpü istifadəyə verildiyi gündən bu günədək heç vaxt əsaslı təmir olunmayıb.
Hər gün onlarla ağır texnikanın, yüzlərlə piyadanın istifadə etdiyi körpü kənd sakinlərinin əsas istifadə etdiyi keçid yoludur. Mövcud vəziyyət isə həm sürücülər, həm də piyadalar üçün ciddi risk yaradır.
Mövcud problemlə bağlı Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Rəşid Nəhmədov bildirib ki, körpüyə baxış keçirilib və akt tərtib olunub. Körpünün təmiri mütəxəssislərin rəyindən sonra aparılacaq.