ZAQATALADA BAŞIBƏLALI MƏKTƏBƏ TƏYİN EDİLƏN RƏHBƏRLƏR ÖZÜNÜ DOĞRULDA BİLMİR?!

Manşet / Xususi Bölmə

Zaqatala rayonunda hamının “Şixəli məktəbi”kimi tanıdığı Zaqatala şəhər Şixəli Qurbanov adına 3 saylı tam orta məktəbi regionun ən başıbəlalı məktəbidir desək, yanılmarıq. Bu məktəbin keçmiş direktoru Elmira Hacıyeva yaş həddinə görə təqaüdə göndərilən gündən sözügedən təhsil müəssisəsinə yetərli kadr təyin edə bilmirlər. Əvvəlcə Mehnurə adlı bir xanımın təyinatına bütün kollektiv etiraz etdi, TV və sosial şəbəkələrdə kollektivin etirazları açıq şəkildə göstərildi. Bir il keçər-keçməz rotasiya ilə həmin məktəbə Vüsal Qurbanov gətirildi.
Vüsal müəllim də gəldiyi gündən böyük məktəbin idarə olunmasının çətin olduğunu anladı. Kollektivin yarısı onun işləməsini istəyir. Onun tərəfində olanlar yuxarı sinif şagirdlərinin sinif rəhbərləridir ki, artıq Zaqatala rayon təhsil sektorunun apardığı yoxlamalar zamanı 11-ci sinif şagirdlərinin ümumiyyətlə dərsdə olmadıqları müəyyənləşdirilib və protokollaşdırılıb. İş o yerə çatıb ki, Vüsal Qurbanov Zaqatala təhsil sektoruna gedərək yerinin dəyişdirilməsilə bağlı ərizə də yazıb. O açıq-aydın anlayır ki, təhsil müəssisəsini idarə edə bilmir. Ancaq bütün bunlara baxmayaraq Kitabxanaçı xanım məktəbdə təhsil alan şəhid uşaqlarının valideynləri adından Təhsil Nazirinə məktub hazırlamaq istəyibki bəs bu direktor çox yaxşı insandır. Ancaq şəhid valideynləri övladlarının adını daşıyan siniflərin bərbad olduğunu gördükdən sonra imza atmayıblar.
Belə ki, imza atmayan şəhid valideynləri məktəbdəki Şəhid adını daşıyan siniflərin vəziyyətini görüb Şok olublar. Şəhid adına yaraşmayan siniflərdə şəhidlərin şəkilləri asılıb. Baxmayaraq ki, məktəbin çox gözəl bünövrəsi olub bu gün məktəb layiqincə idarə olunmadığına görə günü-gündən söz-söhbət böyüyür.
Repetitorluq olmasaydı necə olardı?
Düzdür sözügedən məktəbdə əsasən varlıların balaları təhsil alır, ancaq bunlarla yanaşı kasıb insanlarında övladları sözügedən təhsil ocağında dərs alır. Saat 11-00 dan sonra yuxarı siniflərdə ümumiyyətlə şagird olmur, bu hansı dərs metodudur?
Şəki-Zaqatala regional təhsil sektorunun rəhbəri Günay Mahmudova da artıq bu məktəblə bağlı şikayətlərdən cana gəlib, lakin kadr tapmaq çətinləşib. Bu gün istər rayon təhsil sektoru, istərdə region təhsili başıbəlalı məktəbin düşdüyü düyünü açmaqda çətinlik çəkir, bundan ötəri baş sındırırlar. Bu məktəb sanki ipi kəsilən ot pressinə oxşayır, nə qədər çalışsan da geriyə yığmaq olmur. Bu gün əsas səbəd direktorun səriştəsizliyi göstərilir.

Mövzunun aktuallığını nəzərə alaraq ardını da yazacağıq.

Qurban Qurbanlı