Xətai rayonunda qanunsuz tikinti bumu - VİDEO
- 14-02-2026, 11:49
Bizimesr.az-a daxil olan məlumata görə, Xətai rayonu, Səmədbəy Mehmandarov küçəsində daha bir tikinti işi sürətlə aparılır. Maraqlıdır ki, nə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və rayon icra hakimiyyəti bu tikinti ilə bağlı heç bir açıqlama vermir.
Məlumatlarda vurğulanır ki, belə qanunsuz tikinti işlərinin sayı getdikcə artır və ərazidə yaşayan sakinlər narahatdır.