"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!
- 27-02-2026, 15:25
Müştəri Loyallığı İndeksi üzrə araşdırma 2025-ci ilin dekabr ayında keçirilib və 30 gün davam edib. Sorğuda ölkə üzrə ümumilikdə 1500 mobil operator istifadəçisi olan şəxslər iştirak edib. Tədqiqat qaydalarına uyğun olaraq, sorğu müxtəlif demoqrafik qrupları və peşə sahələrini əhatə edib.
Əlavə olaraq, mobil internet keyfiyyəti, zəng və mobil internet qiymətləri və etibarlılıq kimi göstəricilər üzrə də qiymətləndirmə aparılıb. Araşdırmanın qərəzsizliyini təmin etmək məqsədilə, sorğular mobil operator tərəfindən deyil, müstəqil sorğu şirkəti tərəfindən həyata keçirilir.
Qeyd edək ki, mütəmadi olaraq müştəri tələbini araşdıran “Nar” məhsul və xidmətlərini daha sərfəli şərtlərlə abunəçilərinə təqdim edir. Ardıcıl 7 il bazarda müştəri rəğbətini yüksək həddə saxlayan mobil operator xidmət keyfiyyətinin davamlı təkmilləşdirir və abunəçilərinin ehtiyaclarına uyğun yeni məhsul və xidmətlər təkliflər edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.