Sos! Yeniyetmə Aqressiyası: Görünən Davranışın Görünməyən Səbəbləri.
Manşet / Sosial
17-04-2026, 22:49

Sos! Yeniyetmə Aqressiyası: Görünən Davranışın Görünməyən Səbəbləri.

Son günlər Türkiyədə baş verən yeniyetmə ilə bağlı zorakılıq hadisəsi cəmiyyət olaraq hamımızı sarsıtdı.
Bu hadisə bir daha göstərdi ki, yeniyetmə davranışlarını yalnız nəticə üzərindən qiymətləndirmək kifayət deyil. Əsas məsələ bu davranışların arxasında dayanan psixoloji səbəbləri anlamaqdır.
Yeniyetməlik dövrü insan həyatının ən həssas mərhələlərindən biridir. Bu dövrdə emosiyalar kəskinləşir, kimlik formalaşır, daxili ziddiyyətlər artır. Lakin çox zaman yeniyetmənin yaşadığı bu daxili gərginliklər “diqqətsizlik”, “tərbiyəsizlik” və ya “inadkarlıq” kimi yanlış şəkildə etiketlənir.
Yeniyetmə sadəcə “böyüməkdə olan uşaq” deyil…
O, daxilində fırtına daşıyan, amma bunu ifadə etməyi hələ tam bacarmayan bir şəxsiyyətdir.
Yeniyetmənin psixologiyası nə istəyir?
– Anlaşılmaq
– Qəbul olunmaq
– Dəyərli hiss etmək
– Mühakimə olunmadan dinlənilmək və s...
Bu məqalədə məqsədimiz yeniyetmə psixologiyasını daha dərindən anlamaq, valideynlərin və cəmiyyətin bu dövrdə necə düzgün yanaşma sərgiləməli olduğunu izah etməkdir.
Valideyin və uşaq arasındakı düzgün sərhədləri müəyyənləşdirməkdir.
Sərhədlər necə qoyulmalıdır?
Sərhəd qadağa deyil.
Sərhəd — təhlükəsiz çərçivədir.
– “Etmə!” demək yerinə səbəb izah olunmalıdır
– Qayda sabit və ardıcıl olmalıdır
– Valideyn özü də o qaydaya əməl etməlidir və unutmamalıdır ki, uşaqlar sözlərdən çox davranışları öyrənir.
Onların yanında göstərilən münasibət, deyilən hər söz bir nümunəyə çevrilir.
Bu səbəbdən valideynlər öz davranışlarına, ünsiyyət tərzinə və ifadələrinə diqqət etməlidir.
Uşaq eşitdiyini yox, gördüyünü yaşayır.
Sərhədlər və qadağalar düzgün qoyulmalıdır.
Qadağalar necə olmalıdır?
Çox qadağa = gizli üsyan deməkdir.
Sərt və səbəbsiz qadağalar yeniyetməni valideyindən uzaqlaşdırır.
– Qadağalar az, amma əsaslı olmalıdır
– Alternativlər təqdim olunmalıdır
Ən böyük səhv nədir?
“Bizim vaxtımızda…” ilə başlayan cümlələr.
Çünki hər dövrün yeniyetməsi fərqlidir.
Ən böyük ehtiyac nədir?
Yeniyetmənin hisslərini kiçiltməmək.
Onun üçün “kiçik” olan problem yoxdur.
Yeniyetməni itirmək bir anda olmur…
O, yavaş-yavaş susanda başlayır.
Danışan yeniyetmə risk deyil,
susmağa məcbur qalan yeniyetmə təhlükədir.
Yeniyetməni idarə etməyə yox, anlamağa çalışın.
Onu dinləyin, hisslərini kiçiltməyin, sərhədləri isə sevgi və ardıcıllıqla qoyun.
Yeniyetməni idarə etməyə yox, anlamağa çalışın.
Onu dinləyin, hisslərini kiçiltməyin, sərhədləri isə sevgi və ardıcıllıqla qoyun.
Əziz valideynlər,
Uşaqlarınız kompüterdə vaxt keçirərkən onların nə ilə məşğul olduqlarına diqqət edin.
Hansı oyunları oynadıqlarını, kimlərlə ünsiyyətdə olduqlarını və nələrə maraq göstərdiklərini müşahidə edin və nəzarətdə saxlayın.
Unutmayın:
Nəzarət — qadağa deyil, qorumaqdır.
Psixoloq
Ruhiyyə Rüstəmova.
Cross-Couching Çətin Tərbiyə Olunan Yeniyetmələr və Onların Valideyinləri ilə iş birliyinin təlimçisi.
070-204-02-07.
Son xəbərlər