Sərdar Fərəcovun son durumu açıqlandı
- 12-09-2025, 18:24
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Xalq artisti Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir:
“Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”, - deyə məlumatda bildirilib.