- Arzu xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 1997-ci ildə Mirzə Ələkbər Sabir adına texnikumu bitirmişəm. Oranı bitirdikdən sonra, 1997-ci ildən, 2011-ci ilə qədər Bakıda 111 saylı məktəbdə müəllim kimi fəaliyyət göstərmişəm. Ondan sonra ailə vəziyyətimlə əlaqədar olaraq bir müddət işləməmişəm. 2017-ci ildən etibarən Sumqayıt şəhərindəki kursarda işləməyə başlamışam.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən məktəkəqədər, erkən inkişaf, məktəb proqramlarını və s. tədris edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Azərbaycanda bütün uşaqların təhsil alması, savadlı olması bizim əsas məqsədimizdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Bizim kurslarda daha çox uşaqlarla işləmək barəsində müraciətlər alırıq. Qeyd edim ki, bağçada da tərbiyəçi kimi işləmişəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Hər bir uşağa "yox" sözünü öyrətmək lazımdır. Olmazsa, olmaz. İndi uşaqlarda telefon aludəçiliyi var. Buna qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Oğlaq bürcüyəm. Həm yola gedənəm, həm də çox tərsəm (gülür). İndiyə qədər heç kimin qəlbini qırmamışam.
- Ailəlisinizmi?
- Ailəliyəm. Üç övladım var. Qızım həkimdir. Oğlum magisturaturada oxuyur. Təhlükəsizlik üzrə işləyir. Kiçik qızım Tibb Universitetində təhsil alır. O da gələcəkdə həkim olacaq. Mən bununla qürur duyuram.
- Valideynlərə nə məsləhət görərdiniz?
- Uşaqlarını savadlı yetişdirsinlər. Uşaqlar öz pəşələrinin gözəl sahibi olsunlar.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, nə vaxtsa anamın yolunu davam etdirərəm. Anam da illərin peşəkar müəllimi olub. Hal-hazırda təqaüddədir. İnanmazdım ki, ailə qurduqdan sonra bu işi davam etdirə bilərəm. İnanmazdım ki, adım "Müəllim ömrü kitabına düşər". Müxtəlif qəzətlərdə və xebər portallarında haqqımda məqalələr dərc olunar. Çünki mənim oxuduğum dövrdə belə şeylər yox idi.
Əlaqə nömrəsi: (051) 917 36 47