- Zöhrə xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində mənim 1-cu ixtisasım pediatrdır (uşaq həkimi). Amma özəl səbəblərdən defektologiyanı öyrənməyə başladım və daha sonra bu sahə üzrə öz sözünü demiş insanlardan defektologiya təhsili aldım və digər tərəfdən uşaqları sevdiyim üçün dərslər keçməyə başladım.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Səkkiz ildir ki, bu sahə üzrə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Həm insultdan sonra nitqini itirmiş afaziya xəstələri ilə, həm də uşaqlarla defektoloji loqopedik seanslar keçirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Dürüstlük, vicdanla çalışmaq və seənslara başlayan hər bir uşaqla maksimum nəticə almaq əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Autizm və zəka geriliyi ilə bağlı müraciətlər hədsiz çoxdur.
- Xarakter olaraq nəcə birisiniz?
- Perfeksianistəm. Gördüyüm hər bir işin mükəmməl olması üçün maksimum çalışıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Yoldaşım kapitan Bəhruz Quliyev veterandı. İki övladımız var. Bir qız, biri oğlan.
- Oxuculara nə məsləhət görürsünüz?
- Övladlarına qarşı məsuliyyətli olsunlar. "Uşaqdır, danışacaq. Uşaqdır, böyüdükcə düzələcək dəyə bir şey yoxdur". Əgər övladınız yaşına görə geri qalırsa, dərhəl mütəxəssis yardımı alın. Unutmayaq ki, ən gözəl sermayə övladlarımızdır.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- İllər öncə, Tibb Universitetinin Pediatriya fakültəsinə qəbul olarkən ağlıma gəlməzdi ki, Tibb Universitetini bitirib, defektoloq işləyəcəyəm.
Əlaqə nömrəsi: (050) 880 09 89