Müalicəvi idman mütəxəssisi Fərid İsmayılov: "Bu işə bu qədər məhəbbətimin olacağı ağlıma gəlməzdi"
Müsahibə
17-01-2025, 00:30

Müalicəvi idman mütəxəssisi Fərid İsmayılov: "Bu işə bu qədər məhəbbətimin olacağı ağlıma gəlməzdi"

- Fərid bəy, nəcə oldu ki, bu sahəyə gəldiniz?

- Çox yaxın bir dostum var idi və ilkin olaraq ondan eşitdim bu sahə barədə. Daha sonra isə gün keçdikcə beynimə daha da düşdü və maraq salmağa başladım. Bir müddət sonra içimdəki maraq daha da artmağa başladı və bu sahəylə yaxından maraqlanmağı öz qarşıma məqsəd qoydum. Həmin bu müddət ərzində dostum da mənə dəstək olmağa davam etdi və məni yönləndirdi. Cahangirli Zeynal bəy ilə tanış olanda sonra isə qərarımı verdim və onun kursunda bu sahəni öyrənməyə başladım. Kursu uğurla başa vurandan sonra isə artıq bir eksprt kimi işə başladım.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 4 ilə yaxındır ki, bu sahə üzrə fəaliyyət göstərirəm.

- Ən çox hansı növ uşaqlarla işləyirsiz?

- Əsasən atipik
(xüsusi qayğıya ehtiyacı olan) uşaqlarla çalışıram. Hansı ki, bu qrupa autizm, daun, əqli gerilik, dsp və s. kimi uşaqlar da aiddir.

Qeyd: Həmçinin tipik uşaqlarla da işləyirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Əsas iş prinsipim həyata keçirdiyim, seanslar ərzində uşaqda inkişafı təmin etməkdir. Təbii ki, yalnız seans dövründə yox, seans sonrası da müxtəlif tapşırıqlar ilə inkişafı təmin etməyə çalışıram. Seans sonrası inkişaf prossesində valideyinlərin rolunu çox əhəmiyyətli hesab edirəm. Uşağın seansdan kənar fəaliyyətində valideynin rolu danılmazdır və mütləq günboyu uşaqla aktiv ünsiyyətdə olub inkişaf prosesi zamanı uşağa lazımı dəstəyi göstərməlidir. Valideyn və müəllim arasında sağlam kommunikasiya olmasıda uşağın günboyu fəaliyyətini tənzimləyir və inkişaf sürətini artırır.

- Bir mütəxəssi olaraq nəyə "yox" deyirsiniz?

- Təəsüflər olsun ki, bəzi valideyinlərdə və mütəxəssislərdə də bir sıra hallarda müşahidə edirik ki, uşaq hər hansısa bir tapşırıqı yerinə yetirə bilməyəndə qışqırmaq və ya fiziki güc göstərmək kimi qeyri-professional və uyğunsuz metodlara əl atırlar. Bir ekspert kimi bu metodlara şiddətlə qarşı çıxıram. Çünkü bu hallar uşağın inkişaf prosesinə zərər verir və hətta bir sıra hallarda travmaya yol aça bilər. Unutmayaq ki, əziz valideynlər və mütəxəssislər biz belə insan olaraq bəzən bir işi vəya tapşırığı tam başa düşüb icra edə bilmirik bu tamamilə normal haldır. Qaldı ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onlarda da eyni hallar müşahidə oluna bilər. Hər halda biz uşaqlara qarşı rəftarda qarşı tərəfdən maksimal səbr və professionallığın qorunmasının tərəfdarıyıq. Uşaqa nəzakətlə yaxınlaşıb, düzgün kommunikasiya qurub və problemi həll prosesini asanlaşdırır.

- Övladım neçə aya tam düzələr?

- İlk olaraq vurğulayım ki, diaqnozdan çox şey asılıdır. Diaqnoz qədər onun dərəcəsindən və diaqnozu həyata keçirən mütəxəssisdən də bir çox faktor asılıdır. Diaqnoz zamanı uşaqdakı problemlər tam şəkildə aşkar olunmalı və uyğun növ terapiyalar məsləhət görülməlidir. Eyni dərs prosesi zamanı iki fərqli uşaq tamamilə fərqli müddətdə inkişaf nəticəsi nəticə göstərə bilər. Bu, tamamilə normal bir haldır, çünkü hər bir uşaq özü özlüyündə unikaldır. Autizmli uşaqlar isə daha uzun bir müddət terapiya prosesi nəticəsində inkişaf nəticəsi verə bilərlər.

- Gördüyünüz dərs prossesi hər bir uşqda eynidirmi?

- Əlbətdə ki, xeyr. Biz hər bir uşağa diaqnoz nəticəsinə uyğun olaraq individual şəkildə yaxınlaşırıq və buna uyğun olaraq terapiya prosesi olur. Hər bir uşağın prableminə və zəif nöqtələrinə uyğun tapşırıqlar həyata keçiririk. İlkin dərslərdə və sonrakı mərhələlərdə də uşağın inkişafını qeyd edirik və hansı yerlərdəki boşluqlar var, hansı yerlərdəki inkişaf var, o hissələri müqayisə edirik. Daha sonra isə uşağın daha zəif olduğu aspektlərdə yönələrək həmin sahəyə uyğun dərslər keçirik və uşaqda tam anlamıyla hərtərəfli inkişafı təmin edirik.

- Xarakter olaraq nəcə birisiniz?

- Özümü iş prosesi zamanı məsuliyyətli və professionallığı qoruyan bir kadr kimi hesab edirəm. Amma təbii ki, işdən kənarda dostlarım və is yoldaşlarım arasında səmimi və mehriban insan olaraq tanınıram.

- Ailəlisinizmi?

- Xeyr. Ailəli deyiləm, hal-hazırda subayam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhətim o ola bilər ki, səbr, qayğı və maksimal sevgiylə övladlarımıza yanaşaq. Hər səfərində onların üstünə qışqırıb, fiziki şiddət uyğulamaq, fərqli növ cəzalar vermək uyğun deyil, çünki onlar uşaqdırlar və son dərəcə qayğı və sevgiyə ehtiyacları vardır. Bizdən gördükləri hərəkətlər onların gələcək davranışlarını və düşüncə tərzini böyük ölçüdə formalaşdırır.

- Mən bu sahəyə gələrkən ağlıma gələmzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu sahəyə ilkin olaraq gələrkən ağlıma belə gəlməzdi ki, bu işə bu dərəcədə məhəbbətim olacaq və bu qədər iləriyə gedib bu sahə üzrə ixtisaslaşmış bir mütəxəssis olacam. Bu sahə üzrə fəaliyyətə davam etdikcədə daima inkişaf etməyə və bu sahənin incəliklərini daha da dərindən öyrənməyə davam etməyi planlaşdırıram.

Əlaqə nömrəsi: (070) 208 34 00

İnstagram: feridmbt

Tiktok: feridmbt
Müalicəvi idman mütəxəssisi Fərid İsmayılov: "Bu işə bu qədər məhəbbətimin olacağı ağlıma gəlməzdi"
Müalicəvi idman mütəxəssisi Fərid İsmayılov: "Bu işə bu qədər məhəbbətimin olacağı ağlıma gəlməzdi"
Müalicəvi idman mütəxəssisi Fərid İsmayılov: "Bu işə bu qədər məhəbbətimin olacağı ağlıma gəlməzdi"
Müalicəvi idman mütəxəssisi Fərid İsmayılov: "Bu işə bu qədər məhəbbətimin olacağı ağlıma gəlməzdi"
Müalicəvi idman mütəxəssisi Fərid İsmayılov: "Bu işə bu qədər məhəbbətimin olacağı ağlıma gəlməzdi"
Son xəbərlər