Milli qəhraman Mübariz İbrahimov adına tədris ocağının rəhbəri Qurban Əliyev: "Vətənimizə layiqli övlad yetişdirmək əsas iş prinsipimizdir"
Müsahibə
24-02-2025, 15:05

Milli qəhraman Mübariz İbrahimov adına tədris ocağının rəhbəri Qurban Əliyev: "Vətənimizə layiqli övlad yetişdirmək əsas iş prinsipimizdir"

- Qurban müəllim, əvvəlcə özünüz barədə məlumat verin, zəhmət olmasa.

- Qurban Əliyev Allahyar oğlu, keçmiş futbolçu. Bir sıra xarici ölkələrdə gənclərdən ibarət F.K məşqçi, psixoloq, autizim və bitq qüsurlu uşaqlardan ibarət təlim məşqçi.

- Nəcə oldu ki, belə bir mərkəz yaratmaq qərarına gəldiniz?

- Mənim futbol karyeramdan sonra həyatım zatən azyaşlı uşaqlarla işləməklə keçib və körpələrlə işləmək mənim hobbimdir.

- Nəçə ildir ki, fəaliyyət göstərirsiniz?

- Artıq milli qəhraman Mübariz İbrahimov adına olan tədris ocağı 5 ildir ki, fəaliyət göstərməkdədir.

- İş prinsipiniz nədən ibarətdir?

- Bizim məqsədimiz bundan ibarətdir ki, gözəl şəkildə, peşəkar işçi kollektivimizlə birlikdə yüksək səviyyədə xidmət göstərərək vətənimizə layiqli, savadlı və milli qəhraman Mübariz İbrahimov kimi övladlar bəxş etməkdir.

- Öz sahəniz üzra hansı işləri icra edirsiniz?

- Eyni zamanda, hal-hazırda akademiyyada məşqçi olaraq dərslər keçərək fəaliyyət göstərirəm.

- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?

- Tədris ocağında 6 yaşa kimi uşaqları qəbul edirik.

- Onlara hansi xidmətlər göstərirsiniz?

- Məktəbəqədər hazırlıq, ibtidai sinif hazırlığı, loqped, Azərbaycan, İngilisi, Rus bölmələri, Rəsim, Musiqi, Gimnastika, Şahmat və s. xidmətlərimiz var.

- Üstünlüyünüz və fərqiniz nədədir?

- Fəaliyyət gösdərdiyimiz ərazidə ən qocaman müəssisə bizim müəssisədir və gösdərdiyimiz xidmət də yüksək səviyyədədir.

- Son olaraq, valideynlərə hansı müraciəti etmək istərdiniz?

- Övladlarınızı milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan tədris ocağına güvənərək, rahat ṣəkildə əmanət edə bilərsiz.

Əlaqə nömrəsi: (099) 358 50 90

Son xəbərlər