"VİP Academy"nin təsisçisi və rəhbəri Validə Əliyeva: "Psixologiya mənim fikirlərimi və düşüncələrimi dəyişdi"

Müsahibə

- Validə xanım ilk öncə sizi tanımaq istərdik.

- Mən, Validə Əliyeva Valeh qızı 2009-cu ildə Xaçmaz rayonunda anadan olmuşam və 2015-ci ildə ibtidai təhsil almağa başlamışam. 2024-cü ildə 9-cu sinif buraxılışı imtahanı verərək, kollecə daxil olmuşam. Amma kollecə daxil olduqdan sonra düşüncələrimi və fikirlərimi dəyişərək özümü psixologiyada gördüm və həyatıma yenilik qatdım.

- Validə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən 9-cu sinfi bitirməmişdən əvvəl başqa ixtisasa yiyələnmək istəyirdim və 9-cu sinfi bitirdikdən sonra ilk olaraq psixologiya təlimlərinə qoşuldum. Təlimlərdən sonra məndə psixologiyaya maraq yarandı və psixoloq olmağa qərar verdim. Hal-hazırda rəsmi təlimçiyəm və psixologiya kursunu bitirmək üzrəyəm.

- Neçə ildir ki bu sahədəsiniz?

- Artıq 1 ildi bu sahəyəm, gələcək illərdədə bu sahədə olub mütəxəssisləşmək, gələcəkdə insanlara və cəmiyyətə yararlı bir şəxsiyyət olmaq istəyirəm.
Kollec tələbəsi olduğum üçün könüllülük fəaliyyətlərimdə var. Oradan da təlimlərdə, seminarlarda iştirak edirəm (RİİB,GİKM).

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Öz sahəm üzrə hərdən passent qəbul edirəm. Ödənişsiz təlimlər keçirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Hərdən pasiyent qəbul edirəm. Rəsmi təlimçiyəm, təlimlər keçirəm. Öz şəxsi akademyam var VİP Academy. VİP Academydə ödənişsiz psixoloji təlimlər, ödənişli/ödənişsiz kurslar(Yaşam kouçu, Leqoped,Psixologiya,TOT, Bədən dili) keçirilir.

- Hal-hazırda təhsil alırsınız?

- Bəli, hal-hazırda Quba Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıram.
Həm də psixologiya kursunu bitirmək üzrəyəm.

- Son zamanlar sizə daha çox nə ilə bağlı müraciətlər olunur?

- Psixologiya ilə bağlı son zamanlar stress, həyacan, hiperaktivlik, imtahan stressi ilə bağlı müraciətlər olunur.

- Validə xanım, hal-hazırda seçdiyiniz ixtisasda gələcəkdə özünüzü necə görürsünüz və ixtisasınızı sevirsinizmi?

- Hal-hazırda oxuduğum ixtisas “Yerquruluşu və daşınmaz əmlakın katastırı” amma gələcəkdə bu sahədə fəaliyyət göstərəcəyimi düşünmürəm. Kolleci bitirdikdən sonra universitetdə təhsil almaq üçün psixologiya fakültəsinə sənəd vermək istəyirəm. Və orda özümü doğruldacağıma əminəm.

- Bir psixoloq olaraq oxuyuculara nə məsləhət görürsünüz?

- Kitab oxumağı çox sevirəm və oxuculara kitab oxumağı tövsiyyə edirəm.
Oxuculara F.M.Dostoyevsikinin əsərləri(“Alçaldılmış və təhqir edilmiş insanlar”,”İdiot” və s.) əsərlərini, “Avtomatik vərdişlər*, İrvin Yalom “Din və psixologiya” kitablarını oxumağı tövsiyyə edərdim.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,..

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, düşüncələrim və məqsədlərim yaxşı istiqamətdə çox dəyişilər.