Sinəsindəki şişlərə görə əməliyyat edilən qadın həkim səhlənkarlığının qurbanı olub? - İDDİA/VİDEO
- 11-10-2025, 16:01
Paytaxt sakini Maya Nəbiyeva həkim səhlənkarlığının qurbanı olduğunu bildirib.
O, yaranmış problemlə bağlı həkim-onkoloq Pərvin Ələkbərovanı ittiham edib.
Şikayətçi iddia edib ki, əməliyyatdan sonra həkim ona süd vəzinin tamamilə götürüldüyünü bildirib. Amma zaman keçdikcə ağrıları şiddətlənən qadın yenidən həkimlərə müraciət edib. Bu dəfə öyrəndikləri onu dəhşətə gətirib.
Dediyinə görə, bundan sonra onu əməliyyat edən həkim-onkoloq Pərvin Ələkbərovaya müraciət edib. Həkim deyilən ittihamların heç birini qəbul etməyib.
Həkim-onkoloq Pərvin Ələkbərova səsləndirilən iddialarla bağlı sualları cavablayıb: "Burada heç bir problem yoxdur. Hər biri normaldır, əməliyyat olunub, sağalıb. Toxumaların 90 faizini təmizləmişik, yenidən kistalar, fibrozlar yarana bilər, normaldır. İçinə implant da qoymuşuq - ağrılar, hər bir yaranan şeylər normaldır, heç bir problem yoxdur".
Şikayətçi Maya Nəbiyeva üzləşdiyi problemlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:(Xəzər TV)