“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
- 9-03-2026, 18:21
Sakinlərin sözlərinə görə, tikintiyə rəhbərlik edən və özünü Şaiq kimi təqdim edən şəxs obyektin tikintisinin dayandırılmasının mümkün olmadığını bildirib. Onun iddiasına görə, sözügedən ərazi guya icra hakimiyyətinə məxsusdur və tikintiyə heç kimin müdaxilə edə bilməyəcəyini deyib.
Şaiq adlı şəxsin həmçinin “hamı yaxşı bilir ki, bura icra başçısı Adil müəllimindir” ifadəsini işlədərək tikintinin davam edəcəyini söylədiyi bildirilir. Onun sözlərinə görə, məsələnin ictimailəşdirilməsi də heç nəyi dəyişməyəcək.
Ətraf sakinlər isə bildirirlər ki, dayanacağın arxa hissəsində aparılan bu tikinti gələcəkdə ictimai nəqliyyata gediş-gəlişdə problemlər yarada bilər. Bundan əlavə, ərazidən keçən magistral kommunikasiya xətlərinin də tikinti zamanı nəzərə alınmadığı iddia olunur.
BakuNews.az