Azərbaycan XİN Pakistanı milli bayram münasibətilə təbrik edib
- 23-03-2026, 16:30
[center][/center]
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı milli bayram münasibətilə təbrik edib.
Bu barədə XİN-in paylaşımında qeyd edilib.
"Qardaş Pakistan xalqını və hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Milli bayramınız mübarək, Pakistan!" - deyə, paylaşımda vurğulanıb.